• çərşənbə, 24 Aprel, 19:15
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

12.12.16 11:35 1498
Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan prezidentiİlham Əliyevvə ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
APA-nın məlumatına görə, prezidentİlham ƏliyevHeydər Əliyev məzarı önünə əklil qoyub.
Sonra dövlət himni səslənib.
Prezident və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə baş nazirArtur Rasizadə, Milli Məclisin sədriOqtay Əsədov, Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 13 il keçir.
banner

Oxşar Xəbərlər