• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub

27.11.16 09:54 1052
Ermənistan silahlı bölmələri atəşkəsi 24 dəfə pozub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi vəAğdamkəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olanAğdamrayonunun Mərzili, Şıxlar, Qaraqaşlı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Qaraxanbəyli,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər,XocavəndvəFüzulirayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər