• cümə, 19 Aprel, 14:55
  • Baku Bakı 25°C

Sabah hava yağmursuz olacaq

26.11.16 13:16 747
Sabah hava yağmursuz olacaq
Noyabrın 27-də Bakı və Abşeron yarımadasındahavaşəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4°, gündüz 6-9° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək, 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər