• cümə axşamı, 25 aprel, 21:23
  • Baku Bakı 21°C

Dollar ucuzlaşır

22.11.16 14:25 1162
Dollar ucuzlaşır
Dolların 6 valyutadan ibarət səbətə qarşı indeksi 0,16% ucuzlaşaraq 100,89 səviyyəsinədək geriləyib. "APA-Economics" xəbər verir ki, beləliklə, ABŞ-ın milli valyutasının indeksi 13,5 illik maksimum səviyyədən, yəni 101,48-dən aşağı enib.
Bazar ertəsinədək indeks 10 ticarət günü ard-arda bahalaşma nümayiş etdirib. İnvestorlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan büdcə xərclərinin azaldılacağını, eyni zamanda inflyasiya və uçot dərəcəsinin artırılmasına şəraitin yaradılmasını gözləyir.
Avro hələlik 0%-lik dinamika nümayiş etdirərək 1,0623 dollar ətrafında ticarət olunur. Beləliklə, Avrozonanın vahid valyutası dekabr ayında qeydə alınan minimumdan, yəni 1,0569 dollarlıq (bu səviyyəyə ötən həftənin cümə günü çatıb) səviyyədən geriləyib.
Funt sterlinq də stabildir və 1,2492 dollar səviyyəsində ticarət olunur.
Yaponiyada 7.4 bal gücündə baş verən zəlzələnin ardınca dolların yenə qarşı məzənnəsi cüzi dəyişib. Hazırda 1 dollar 110,84 yen səviyyəsində qərarlaşıb. Bundan öncəki ticarət sessiyasının bağlanışında bu göstərici 110,27 olub. Halbuki, ötən gün dollar yarımillik rekord səviyyəyə, yəni 111,36 yenə qədər bahalaşıb.
banner

Oxşar Xəbərlər