• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

"Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək

03.11.16 09:21 1165
"Qarabağ" və "Qəbələ" Avroliqada növbəti görüşlərini keçirəcək
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında "Sent-Etyen”lə qarşılaşacaq. Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. "Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Digər təmsilçimiz "Qarabağ” isə səfərdə PAOK-la qarşılaşacaq. İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayır. Əgər "Qarabağ” Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq.

Avropa Liqası
IV tur
3 noyabr

C qrupu
22:00. "Qəbələ” – "Sent-Etyen” (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande
Bakı. 8-ci km qəsəbə stadionu
banner

Oxşar Xəbərlər