• cümə axşamı, 28 mart, 13:14
  • Baku Bakı 16°C

Misir səfirliyinin Təhsil Əlaqələri Mərkəzinin müdiri Beynəlxalq jurnalistika kafedrasında olub

28.10.16 18:54 802
Misir səfirliyinin Təhsil Əlaqələri Mərkəzinin müdiri Beynəlxalq jurnalistika kafedrasında olub
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, mərkəzin əməkdaşları Kəmalə İsgəndərova və Fərid Camalovun iştirakı ilə görüş keçirilib.
Qonaqları salamlayan kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə məlumat verib.Fakültə rəhbərliyi, kafedranın professor-müəllim heyəti iştirak etiyi görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı "Yeni dünya jurnalistikası” və "Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib, kafedra üzvləri əlaqələrin yaradılması istiqamətində bir sıra təkliflər səsləndiriblər.
Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əhməd Sami Elaydi Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Səsləndirilən təkliflərin hər birinə öz münasibətini bildirən Əhməd Sami Elaydi, yaxın gələcəkdə onların həyata keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbələri üçün ərəb dili kurslarının təşkili, səfirlik və Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrantları və doktorantlarının ədəbiyyat da digər vəsaitlərlə təmini, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Görüş qarşılıqlı maraq doğuran məsələlələrin müzakirəsi ilə başa çatıb.


banner

Oxşar Xəbərlər