• cümə, 29 Mart, 13:03
  • Baku Bakı 14°C

Sabah hava küləkli və yağışlı olacaq

20.10.16 12:56 837
Sabah hava küləkli və yağışlı olacaq
Oktyabrın 21-dəBakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz 10-13° isti,Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı, dağlıq rayonlardasulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dəkisti, gündüz 3-8° isti olacağı gözlənilir.
Sosial səhifələrdə paylaş
banner

Oxşar Xəbərlər