• çərşənbə axşamı, 16 aprel, 15:30
  • Baku Bakı 19°C

Sabah hava necə olacaq?

17.10.16 13:19 1127
Sabah hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. Departamentdən "Kaspi"yə verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir
güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8,
gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi
rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və
dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan
2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər