• cümə, 29 Mart, 11:30
  • Baku Bakı 5°C

Neft yenidən bahalaşır

28.09.16 09:20 1031
Neft yenidən bahalaşır
Dünya bazarında neft bahalaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar artaraq 44,77 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25 dollar artaraq 46,22 dollar olub.

Ötən gün 2,7%-lik ucuzlaşmadan sonra neftin bu gün cüzi bahalaşmasına ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbərlər səbəb olub. Belə ki, ABŞ-ın Neft İnstitutu neft ehtiyatlarının 752 min barel azalaraq 506,4 mln. barelə düşdüyü barədə məlumat yayıb. Analitiklər isə ehtiyatların 2,8 mln. barel həcmində artacağını gözləyirdi. Bununla belə, bəzi ekspertlər hesab edir ki, neft istehsalçıları arasında hasilatın səviyyəsi barədə razılığın əldə olunmaması "qara qızıl”ın qiymətlərində ciddi yüksəlmənin qarşısını alır.
banner

Oxşar Xəbərlər