• cümə axşamı, 18 aprel, 16:06
  • Baku Bakı 22°C

Türkiyə ordusunun 3-cü korpus komandiri həbs edilib

16.07.16 21:27 1087
Türkiyə ordusunun 3-cü korpus komandiri həbs edilib
Türkiyədəhərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərinhəbsi davam etdirilir.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə,Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpus komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.
Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.
Bundan əvvəl Türkiyə Hərbi-HavaQüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.
banner

Oxşar Xəbərlər