• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

Sabah hava necə olacaq? - Proqnoz

21.05.16 12:54 1100
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər