• cümə, 19 Aprel, 18:10
  • Baku Bakı 24°C

Sabah yağış yağacaq

01.05.16 12:17 1242
Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavaşəraitinin buludlu olacağı, arabir yağış yağacağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, hava axşam dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Mayın 2-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var . Səhər ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 , dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan qeyri-sabithavaşəraitinin mayın 3-dək davam edəcəyini açıqlayıb.
banner

Oxşar Xəbərlər