• cümə axşamı, 28 mart, 21:23
  • Baku Bakı 13°C

“The Man Booker” mükafatının qısa siyahısı açıqlandı

25.04.16 10:49 1713
“The Man Booker” mükafatının qısa siyahısı açıqlandı
“The Man Booker” ədəbi mükafatının 2016-cı il üzrə qaliblərinin müəyyənləşdirilməsi üçünm son mərhələyə start verilib. Mübarizənin sonuncu mərhələsinə qalan müəlliflərin və əsərlərin adları bəlli olub. Mükafat fondunun rəsmi səhifəsindən yayılan məlumata görə, bu siyahıda yer alan hər bir əsərin müəllifi və tərcüməçisi 1000 funt sterlinqlə mükafatlandırılacaq. Bu ilin qalibinə isə ənənəvi qaydada 50 min funt sterlinq məbləğində pul mükafatı veriləcək. Qalibə təqdim olunacaq mükafat müəlliflə tərcüməçi arasında tam yarı olmaq şərti ilə bölünəcək. Builki imzalar arasında Orxan Pamuk da yer alıb. Əgər Pamuk bu dəfə “Man Booker”i alarsa, o mükafata layiq görülən ilk türk yazar kimi tarixə düşəcək. Pamuk müsabiqədə “Beynimdə qəribəlik” (“Kafamdakı tuhaflık”) əsəri ilə təmsil olunur. “Faber&Faber”də işıq üzü görmüş əsəri ingilis dilinə Ekin Oklap tərcümə edib. Avstriyalı yazıçı Robert Sithaler “Bütün ömrüm boyu” (“A whole life”) adlı əsərini Şarlotta Kollinsə tərcümə etdirib. Əsər “Picador” nəşriyyatının məhsuludur. Yan Liankenin “Chatto&Windus” nəşriyyatında işıq üzü görmüş “Dörd kitab” (“Four books”) əsərini isə çin dilindən Karlos Rojas tərcümə edib. Elena Ferrante bu dəfə müsabiqəyə En Qoldşteynin italyancadan tərcümə etdiyi “İtmiş uşağın hekayəti” (“The story of lost child”) əsəri ilə qatılıb. Əsər “EuropaEditions”da nəşr olunub. Deborah Smits Han Kanqın korea dilindən tərcümə etdiyi “Vegeterian” (“The vegetarian”) əsərinin qalib olacağına böyük ümid bağlayır. “Portobello Books”un məhsulu olan əsər favoritlər arasındadır. Xose Eduardo isə “Əfvin ümumi nəzəriyyəsi” (“A general theory of oblivion”) əsəri ilə uzun müddət gündəmdə qalmağı da, qısa siyahıda yer almağı da bacardı. Daniel Hahnın tərcümə etdiyi əsər “Harvill Secker”də işıq üzü görüb.
Qeyd edək ki, siyahıda yer almış beş müəllif ilk dəfədir ki, mükafatın qısa siyahısına düşə bilir. Yalnız çinli müəllif Yan Lianke 2013-cü ildə yaşadığı təcrübəni təkrarlayır və bu il olduqca iddialıdır. Orxan Pamuk “Nobel” mükafatlı yazar, Xose Eduardo Aqualusa isə “İndependent Foreign Fiction Prize” mükafatının sahibidir. Qısa siyahı haqqında mətbuata açıqlama verən münsiflər heyətnin sədri Boyd Tonkin: “Bizi olduqca həyəcanlandıran bu qısa siyahıdakı hər əsərin bütün oxucu kütləsinin rəflərini fəth edəcəyinə inanıram. Dünya ədəbiyyatının müraciət olunmuş hər janrı üzrə ilin ən iddialı kitablarını seçdiyimizi düşünürəm. Bu altı kitabın hər birinin özünəməxsus keyfiyyətləri, strukturu, üslubu və Çindən Anqolaya, Avstriyadan Türkiyəyə, İtaliyadan Koreaya uzanan köklü və həyəcan verən hekayələri var. Eramızdan əvvəlki dövrdən tutmuş Alp dağlarındakı əsrarəngiz hekayələrə, günümüzün Nepal və İstanbul kimi şəhərlərinin transformasiyasına kimi hər şey var bu siyahıda. Afrikanın post-kolonial həyatından Asiyanın “mozaika dadındakı” hekayələrinə kimi müəlliflərin təcrübələri və araşdırmaları öz sözünü deyib. Çox sevinirəm ki, bu əsərlər beynəlxalq dilə tərcümə olunur. Tərcümə təkcə dünyanın sərhədlərini aşmağa imkan vermir, o həm də hekayə incəsənətinin yayılmasının, təcrübələrin və tərzlərin aşılanmasına, tanınmasına şərait yaradır. Bundan sonrakı mərhələ mənim nəzərimdə prosedurdur. Biz sadəcə bir əsərdə qərar verəcəyik. Bu siyahıdakı əsərlərin isə hər biri sözün əsl mənasında ədəbiyyatın qazanması üçün yazılmış əsərlərdir. Mən əminəm ki, qısa müddət sonra oxucuların da eyni duyğuları paylaşdığını görəcəyik”.
banner

Oxşar Xəbərlər