• çərşənbə, 24 Aprel, 20:40
  • Baku Bakı 23°C

“Pulitzer 2017” – qaliblər açıqlandı

25.04.16 10:50 1973
“Pulitzer 2017” – qaliblər açıqlandı
1917-ci ildə macar əsilli amerikan naşir Cozef Pulitzerin şərəfinə tərtib edilmiş “Pulitzer” mükafat fondu bu il 100 illiyini qeyd edir. İlin əvvəlindən təntənəli mərasimə hazırlanan fond nəhayət ki, müxtəlif nominasiyalar üzrə verdiyi mükafatların qaliblərini də bir yerə toplayaraq dəbdəbəli yubiley tədbiri və təqdimat mərasimi keçirdi. Hər il yenidən seçilən 102 nəfərlik peşəkar münsiflər heyətinin köməyi ilə 21 nominasiyada mükafat paylayan fond Amerikanın beynəlxalq nüfuzlu qərəzsiz müsabiqələrindən biri imicini 100 ildir ki qoruyub, saxlayır. Hər nominasiya üzrə münsiflər 3 namizəd təqdim edir. Son üç namizəddən kimin qalib olacağını isə oxucular və fond heyətinin açıq səsverməsi təyin edir. Münsiflər heyətinin hər bir üzvü 2000 dollar, heyət sədrləri isə 2500 dollar mükafat alır. Fondun aprelin 18-də elan etdiyi nəticələr və mükafatlandırma mərasimi rəsmi səhifəsində - pulitzer.org - yer alıb. Yalnız ədəbiyyat üzrə elan etdiyi nominasiyaların qaliblərini təqdim edirik.
1. “Ən yaxşı roman” – Vyetnam ABŞ müharibəsi illərində yaşanmış bir immiqrasiya hekayəsinin mükəmməl formada qələmə alınmasına görə Vyet Tan Nquyenin “Yanımcıl” (“The sympathizer”) əsəri.
2. “Ən yaxşı dram” – Lin Manuel Mirandanın amerikalı bəstəkar atanın qeyri-adi istedadı nəticəsində dəyişən həyat hekayəsinin canlandırdığı “Hamilton” əsəri.
3. “Ən yaxşı bioqrafiya” – “Penguin” nəşriyyatının son illərdəki ən uğurlu nəşrlərindən sayılan “Barbarlıq zamanları: Limanlarda keçən həyat” (“Barbarian days: Surfing life”) əsəri. Müəllif – Uilyam Finneqan.
4. “Ən yaxşı poeziya” – Son on ildə poeziyadan ciddi sıxıntı yaşayan Amerika və İngilis ədəbiyyatının yeni nəsil nümayəndələrindən Piter Balakianın “Ozon gündəliyi” (“Ozone journal”) şeir toplusu.
5. “Ən yaxşı qeyri-bədii ədəbiyyat” – Cobi Uorrikin “Doubleday” nəşriyyatının böyük əziyyətlər hesabına nəşr hüququnu qazandığı “Qra bayraqlar: İŞİDin yüksəliş yolu” (“Black Flags: the rises of İSİS”) əsəri.
banner

Oxşar Xəbərlər