• cümə, 19 Aprel, 08:48
  • Baku Bakı 13°C

“HarryPotter” stulunda oturmaq – 278 min funt sterlinq

18.04.16 11:24 1363
“HarryPotter” stulunda oturmaq – 278 min funt sterlinq
Edinburqdakı evində “Harry Potter”-i yazdığı zamanlarda müəllif JK Roulinqin pulsuz istifadə etdiyi, sonralar isə əsərin əsasında çəkilmiş filmdə istifadə edilən sadə taxta stul Nyu-Yorkda hərraca çıxarılıb. “Guardian”-da yer almış xəbərdə bildirilir ki, müəllif 394 min dollar təmiz gəlir götürdüyü əfsanəvi romanın ilk iki kitabını məhz həmin mənzildə və bu stulda əyləşərək yazıb. Stul 1930-cu ildən bəri irili-xırdalı bir çox müəllifin istifadə etdiyi bu mənzilin hərraca qoyulan ilk əşyasıdır. Səbəb isə odur ki, Roulinqin mənzildən çıxarkən bu stulu satın alıb və şəxsi əşyası kimi özü ilə götürüb. Nyu-Yorkda “Hərrac Evi”-ndə təşkil olunmuş auksionda nümayişdən əvvəl də bu stul bir dəfə müəllifin özü tərəfindən “Uşaqlara qarşı şiddətin əleyhinə” başladılmış kampaniyaya dəstək məqsədilə hərraca çıxarılıb. 2009-cu ildə bu stul qızı “Harry Potter”i həddindən artıq sevən Mançesterli Jerald Qrey tərəfindən alınıb. İndi isə həmin stul yenidən 10%i uşaq fonduna verilmək şərti ilə hərraca çıxarılıb.
Məşhur stulun üzərində Roulinqin yazısı var: “Harri Potteri yazarkən mən günümü bu stulda keçirmişəm” və “Ola bilər ki, məni bəyənməyəsiniz, amma oxuduqlarını mühakimə etməyin”. Stulun artıq eks-sahibi hesab edilən Qrey yeni sahibin kim olduğunu açıqlamaqdan imtina edib. Hərracda stul üçün 278 min funt sterlinq ödənilib.
banner

Oxşar Xəbərlər