AZE | RUS | ENG |

Azərbaycan və Türkiyə prezidentləri görüşüblər - FOTOLAR

Azərbaycan və Türkiyə prezidentləri görüşüblər - FOTOLAR
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşıladılar.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirildi.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

(AZƏRTAC)

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779