• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

“İnsan yalnız özü üçün yaşaya bilməz”

25.05.15 05:46 1332
“İnsan yalnız özü üçün yaşaya bilməz”
C.S.Levisin “Narnia” silsiləsini oxuyan hər kəs müəllifin yazıçılığından, üslubundan çox ədəbiyyatın köməyi ilə ötürdüyü mesajlara görə onu mütəmadi izlədiklərini deyirlər. Müəllif ilk baxışda adi insani keyfiyyət kimi görünən və cəmiyyəti narahat etməyən “xəsislik” keyfiyyətinin fərdi necə alçaltdığını və insanları necə çıxılmaz vəziyyətlərə saldığını demək olar ki, bütün əsərlərində qabardıb. “Aslan” (“The Lion”), “Cadugər və qarderob” (“The Witch and the Wardrobe”), “Edmundun arzusu” (“Edmund`s desire”) kimi əsərlərində həyatda bəzən ağlı zorlayaraq min bir kələk düşünməkdənsə, səmimi qəlbdən nəsə bağışlamaq, səxavətli davranmağın insana əldə etmək istədiyi hər şeyi bəxş etdiyi mesajı verilir. Sevimli yazıçılarınızın əsərlərinə daha diqqətlə nəzər salsanız, bir çoxunda düşünülmədən atılan səxavətli addımın, maddi olanı paylaşmağın, hədiyyə etməyin planlaşdırılmış və dua əvəzinə edilən xeyriyyə işindən daha insani olduğu fikri ötürülür. Levisin “Arınmış xristianlıq” (“Mere Christianity”) əsərinə nəzər salaq. Bu əsərdəki ən mükəmməl fikir görüntü naminə edilən yaxşılıqların (məsələn, yeməkdən sonra çaypulu qoymaq) səxavətlilik keyfiyyətinə aid edilməsinin yanlış olmasıdır. Bu keyfiyyətin nə qədər vacib olduğunu Luisa Alkot, Çarlz Dikkens, Corc Eliot, Lev Tolstoy kimi dahilərin yaradıcılığı sizə dönə-dönə sübut edə bilər. Biz isə bunun üçün alternativ variant tapdıq və ideyaları ilə sizi səxavətlilik keyfiyyətini özünüzdə formalaşdırmağa həvəsləndirən dahilərin fikirlərini təqdim etməyə qərar verdik.
“Mənim nəzərimdə əsl xeyirxahlıq nümunəsi hər şeyini verməyinə baxmayaraq, insanın nəyisə yoxmuş, nəyisə azalmış kimi hiss etməməsidir”. Simone de Bavuar
“Əgər etdiyimiz yaxşılığın bir çimdik faydası olmur, nəyisə yalnız müvəqqəti dəyişirsə, etiraf etmək lazımdır ki, bu, sadəcə, çox xırda köməkdir. Üstəlik, hansısa maneəni aşmaqla edilən yaxşılıq əsl yaxşılıqdır. Yəni həyatda elə işlər var ki, onlarla sevə-sevə məşğul olursan, amma onu itirməmək üçün səxavətli davrana bilmirsən. Əgər xeyirxahlıq hissi bu maneələri aşa bilirsə, insan səxavətlidir”. C.S.Levis
“Sevmədən də səxavətli davrana bilərsiniz, amma səxavətli davranmadan sevməyi öyrənə bilməzsiniz”. Robert Louis Stivenson
“İnsan yalnız özü üçün yaşaya bilməz, bu, cəfəngiyyatdır. Hər birimizin həyatı minlərlə görünməz hadisəyə bağlıdır və qarşı tərəfi düşünərək atdığım hər addım səbəblər olaraq yola çıxıb, nəticələr şəklində bizə geri dönür”. Herman Melvil
“Mən mühazirə deyəndə, ya da kiməsə yaxşılıq edəndə, əslində xeyirxahlıq etmirəm, özümdən bir parça verirəm, amma bundan özümə də pay düşür”. Uolt Uitman
“Bütün səxavətli könüllərin məqsədi var, amma bu məqsəd elə başlı-başına uçub, hər yerə toxunmaq deyil, bu məqsədin spazmatik olan yerlərdə sakit-sakit enib, toxunmaq kimi uzun yolu var. Bunu mən bir növ qayğıya bənzədirəm”. Çarlz Dikkenz
“Qürur bizi yalnız comərd davranmağa vadar edir, bu isə səxavətli olmaq üçün kifayət deyil”. Corc Eliot
“Hər nəyin varsa, verməkdən çəkinmə. Sənin gözünə lazımsız görünən kimin üçünsə ağlına gəlməyəcək qədər əhəmiyyətli ola bilər”. Henri Lonqfelou
“Əgər belə bir iş görəcəksinizsə, qoyun bu olduqca xırda yaxşılıq olsun, amma bunu bütün səmimiyyətinizlə, təmənnasız edin. Bundan günahlarınızdan arınmaq vasitəsi kimi istifadə etməyin”. J.M.Kutzi
“Üzüklər və daş-qaş hədiyyə vermək üçün düşünülmüş şeylərdir. Əsl hədiyyə odur ki, içində onu bağışlayan insandan bir parça daşısın”. Ralf Ualdo Emerson
Tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. Yazı guardian.co.uk saytından götürülüb
banner

Oxşar Xəbərlər