• cümə, 19 Aprel, 04:19
  • Baku Bakı 18°C

Qısamüddətli yağış yağacaq - Proqnoz

11.06.15 13:41 844
Qısamüddətli yağış yağacaq - Proqnoz
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək

Bakı və Abşeron yarımadasında iyunun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər