• cümə axşamı, 18 aprel, 14:06
  • Baku Bakı 22°C

37 dərəcə isti olacaq - Proqnoz

13.06.15 13:32 872
37 dərəcə isti olacaq - Proqnoz
İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şərq küləyi əsəcək. Küləkli hava şəraitinin davam edəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.
Sabah bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlıq və dağətəyi rayonlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər