Şahin Diniyevin oğluna sərt cəza

Şahin Diniyevin oğluna sərt cəza

İdman
19 Mart 2013, 12:47 3093
AFFA İntizam Komitəsi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyevi cəzalandırıb. Lent. az-ın məlumatına görə, “Neftçi”də çıxış edən oğul Diniyev əvəzedici heyətlərin çempionatında “Bakı” ilə oyun zamanı nizam-intizamı pozub .

O, matçın 90+2-ci dəqiqəsində rəqib futbolçu Zahid Sadıxovla bir-birini təhqir edib. Hər iki oyunçu qırmızı vərəqə alaraq meydandan qovulub. Futbolçular 3 oyunda çıxış etməkdən məhrum ediliblər, klubları isə 1000 manat cərimə olunub.