Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Cəmiyyət
22 Aprel 2013, 11:17 945
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə əsasən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 24-də də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir qısa müddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək . Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 23-də rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Aprelin 24-də də rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 24-də gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi, aprelin 25-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Aprelin 23-dən 25-dən Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq, digər meteoroloji amillərin iqlim normasına yaxınlığı meteohəssas insanlar üçün əsasən əlverişlidir.