• çərşənbə axşamı, 16 aprel, 09:04
  • Baku Bakı 14°C

“Qarabağ”ın kapitanı və bombardiri sıradan çıxdı

16.05.13 14:42 1546
“Qarabağ”ın kapitanı və bombardiri sıradan çıxdı
Ağdamın “Qarabağ” klubu 2 aparıcı futbolçusunun xidmətindən məhrum olub. Lent.az-ın məlumatına görə, Topaz Premyer Liqasının son turunda kapitan Rəşad Sadıqovla komandanın bombardiri Riçard Almeyda “Simurq”a qarşı çıxış edə bilməyəcək.
Sadıqov ötən tur “Bakı” ilə oyunda zədələnərək sıradan çıxıb. Sağ diz bağlarında I dərəcəli yüklənmə olan 31 yaşlı müdafiəçi oyunun gedişində Bədavi Hüseynovla əvəzlənməli olub. Onun sağalmasına 2-3 həftə lazım gələcək. Bu isə o deməkdir ki, Sadıqov millimizin mayın 29-da Qətərlə yoldaşlıq görüşünü buraxmalı olacaq. Kapitanın iyunun 7-də Lüksemburqla 2014-cü il dünya çempionatının seçmə qrup matçında iştirakı isə sual altındadır.
Almeyda isə sol çiynindən xəsarət alıb. Braziliyalı yarımmüdafiəçinin dönüşü üçün 5-10 gün lazım olacaq.
Qeyd edək ki, Riçard Almeyda bu mövsüm Topaz Premyer Liqasında 13 qol vurub.
banner

Oxşar Xəbərlər