• cümə axşamı, 28 mart, 16:21
  • Baku Bakı 16°C

Sabahın hava proqnozu açıqlandı

08.06.13 11:06 1500
Sabahın hava proqnozu açıqlandı
İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 20-25 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər