• cümə axşamı, 25 aprel, 01:19
  • Baku Bakı 19°C

Ermənilər ordumuzun mövqelərini cəbhə boyu atəşə tutublar

01.06.13 08:01 1243
Ermənilər ordumuzun mövqelərini cəbhə boyu atəşə tutublar
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər