• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Azərbaycan İspaniyaya nota verdi

06.06.13 14:04 1565
Azərbaycan İspaniyaya nota verdi
Azərbaycanın İspaniyadakı səfirliyi opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri ilə əlaqədar İspaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlikdən APA-ya verilən məlumata görə, nota iyunun 5-də təqdim olunub və hələlik cavab alınmayıb.
Səfirlikdən onu da deyiblər ki, M. Kabalyenin Ermənistanda və Dağlıq Qarabağda konsert verəcəyi açıqlandıqdan sonra (may ayında) səfirliyin nümayəndələri sənətçinin menecerləri və administratorları ilə əlaqə saxlayaraq onlara belə səfərin mümkün nəticələri haqda informasiya veriblər. Administratorlar cavab veriblər ki, yalnız Ermənistan paytaxtında konsert planlaşdırılır və Qarabağa səfər nəzərdə tutulmur. Lakin Ermənistan mediası M. Kabalyenin iyunun 4-də Dağlıq Qarabağa səfər etdiyi və separatçıların başçısı Bako Saakyanla görüşdüyü haqda xəbərlər yayıb.
Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev də məsələyə münasibət bildirib. O, APA-ya açıqlamasında bəyan edib ki, Azərbaycanın dövlət strukturları ilə razılaşdırılmadan ölkənin işğal altındakı ərazilərinə səfər etmək qanunsuzluq, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmətsizlikdir və belə addımlar münaqişənin həllinə neqativ təsir göstərir.
banner

Oxşar Xəbərlər