• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

Sabahın hava proqnozu açıqlandı

24.06.13 10:55 1450
Sabahın hava proqnozu açıqlandı
İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da iyunun 25-də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir .
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər