• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

Sabah Azərbaycanda hava necə olacaq?

26.06.13 11:37 1507
Sabah Azərbaycanda hava necə olacaq?
İyunun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-23 dərəcə, gündüz 30-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 22-27 dərəcə isti müşahidə olunacaq.
banner

Oxşar Xəbərlər