• cümə axşamı, 25 aprel, 02:29
  • Baku Bakı 19°C

Prezident İlham Əliyev Brüsselə səfər edəcək

15.06.13 10:03 1556
Prezident İlham Əliyev Brüsselə səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev iyunun 21-də Brüsselə səfər edəcək. APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, səfər Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun dəvəti əsasında gerçəkləşəcək. İyunun 21-də Azərbaycan prezidentinin Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşəcək. Görüşlərdə Azərbaycanla AB arasında əməkdaşlıq perspektivləri, o cümlədən energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər