• cümə axşamı, 18 aprel, 11:34
  • Baku Bakı 12°C

Gəncə polisi peşə bayramını qeyd edib

03.07.13 16:07 1320
Gəncə polisi peşə bayramını qeyd edib
95 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan 2 iyul polis gününü, Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanına əsasən polislər bayram edir. Gəncə şəhər Baş Polis İdarəsinin şəxsi heyəti də bu günü təntənə ilə qeyd ediblər.
Əvvəlcə Gəncə polisi şəhərin baş meydanında Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək Ümummilli Liderin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Gəncə şəhər Baş Polis İdarəsinin binasında keçirilən tədbirdə Daxili İşlər Naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov cari ilin ilk 6 ayının göstəricilərinə nəzər salıb. Bildirib ki, hesabat dövründə qeydə alınan müxtəlif növlü cinayət hadisələrinin üstü 92 fazi açılıb. Gəncə polisinin avtomobil təsərrüfatı təzələnib və asayışın tam qorunması təmin olunur. Bundan başqa Baş İdarənin Kəpəz rayon Polis İdarəsi üçün inşa edilən binada aparılan işlər tamamlanmaq üzrədir. Nizami rayon Polis İdarəsi üçün binanın tikintisi isə davam edir.
Təbrik nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik edib və bundan sonra da asayiş keşiyində ayıq-sayıq dayanmağı tövsiyyə edib. İcra başçısı qanunun aliliyinin təmin olunmasında və ictimai asayişin qorunmasındakı xidmətlərinə görə bir qrup polis əməkdaşını fəxri fərman və qiymətli hədiyyələrlə təltif edib. Bununla yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev ehtiyacı olan bir qrup polis nəfəri üçün torpaq sahələrinin ayrılmasına qərara verib.
Daha sonra Daxili İşlər naziri Ramil Usubovun əmrinə və Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun imzaladığı daxili əmrə əsasən bir qrup polis əməkdaşı rütbə və döş nişanı ilə, bir aylıq əmək haqqı həcmində pul mükafatı və fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, bayram tədbirində Gəncə şəhərində fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, şəhər ziyalıları və polis veteranları da iştirak edib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər