• cümə axşamı, 25 aprel, 04:45
  • Baku Bakı 19°C

Şəfiqə Axundovanın səhhəti pisləşib

11.07.13 12:35 1677
Şəfiqə Axundovanın səhhəti pisləşib
Ötən gün saat 23:00 radələrində sənətkar Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra xalq artistinin vəziyyəti yaxşılaşıb. Hal-hazırda o, özünü yaxşı hiss edir.
Bir aya yaxın Şəkidə yaşayan bəstəkar bu müddət ərzində səhhətində hər hansı problem yaşamayıb. Hətta Şəkidə keçirilən “İpək yolu” musiqi festivalına da qatılan sənətkarın səhhəti ötən axşam qəfildən pisləşib. Hazırda onun müalicəsi xəstəxanın reanimasiya şöbəsində davam etdirilir. Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə alıb.
banner

Oxşar Xəbərlər