• cümə, 19 Aprel, 05:32
  • Baku Bakı 18°C

Şimşək çaxacaq, yağış yağacaq

12.08.13 11:32 1212
Şimşək çaxacaq, yağış yağacaq
Bakı və Abşeron yarımadasında avqustun 13-də yağmursuz hava şəraiti müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub- şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında nisbətən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər