• cümə, 19 Aprel, 14:09
  • Baku Bakı 25°C

Sabahın hava proqnozu açıqlanıb

02.08.13 10:56 1425
Sabahın hava proqnozu açıqlanıb
Bakı və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 23-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 3-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər