• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

AFFA 9 futbol veteranına 250 manat ayırdı

14.08.13 16:44 1431
AFFA 9 futbol veteranına 250 manat ayırdı
AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə I dərəcəli təqaüdün verilməsi barədə əlavə edilib. Lent.az-ın məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirilmiş iclasında verilib.
Yeni əlavələrə əsasən, AFFA-nın I dərəcəli təqaüdçüsü yalnız SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan, milli yığma komandaların baş məşqçisi, dünya və Avropa çempionatlarının seçmə və final mərhələsində, habelə Olimpiya oyunlarında çıxış etmiş, o cümlədən dövlət tərəfindən mükafatlandırılmış, milli yığma komandanın əsas heyətində dünya və Avropa çempionatının seçmə və final mərhələlərində 50 və daha artıq oyun keçirmiş Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş və karyerasını başa vurduqdan sonra uzun müddət futbol hakimi kimi SSRİ yarışlarında, habelə FIFA və UEFA turnirlərində fəaliyyət göstərmiş, SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan, gənclər arasında SSRİ, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlərə nail olmuş şəxslər ola bilər.
İcraiyyə Komitəsi aşağıdakı şəxslərə AFFA-nın xüsusi təqaüdünün verilməsinə qərar verib:
1. Ələkbər Məmmədov
2. Kazbek Tuayev
3. Ağasəlim Mircavadov
4. Rüstəm Rəhimov
5. Əhməd Ələsgərov
6. Çingiz İsmayılov
7. Valeri Hacıyev
8. Yaşar Babayev
9. Mübariz Zeynalov
Qeyd edək ki, təqaüdün həcmi hər bir şəxs üçün 250 manat məbləğində nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər