• çərşənbə axşamı, 23 aprel, 21:09
  • Baku Bakı 20°C

Təkəri çıxan maşın üç avtomobilə çırpılıb

05.09.13 18:24 1382
Təkəri çıxan maşın üç avtomobilə çırpılıb
Bu gün Bakı Dairəvi Yolunda zəncirvari qəza baş verib.
APA-nın məlumatına görə, qəza hadisəsi Dairəvi Yolun Qaradağ rayonu hissəsində qeydə alınıb.
Hadisəyə 50 BF 270 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobilinin hərəkətdə olan zaman arxa tәkәrinin oxdan çıxması səbəb olub. Nəticədə avtomobil idarәetmәdən çıxaraq iki “Mercedes” vә bir “VAZ 2107” markalı avtomobilə çırpılıb.
Qəza zamanı “VAZ 21011” sürücüsü xәsarәt alıb, avtomobillərə isə ziyan dəyib.
banner

Oxşar Xəbərlər