• çərşənbə axşamı, 19 mart, 06:58
  • Baku Bakı 8°C

Tanınmış jurnalist vəfat edib

13.09.13 13:25 1358
Tanınmış jurnalist vəfat edib
Mətbuat Şurası (MŞ) Azərbaycanın tanınmış idman jurnalisti Rafiq Niyazi oğlu Sədrəddinovun vəfatı ilə bağlı nekroloq yayıb.
Şuradan daxil olan nekroloqda bildirilib Rafiq Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikada ilk iş yeri 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi vəzifəsi olub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanlarında - “İdman”, «Bakinskiy raboçiy» qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.
Jurnalist 1987-ci ildə SovİKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub: “Gözəl ailə başçısı, mehriban ata, peşəkar jurnalist, həqiqi ziyalı, nəcib və təvazökar insan, yüksək mədəniyyət sahibi olan Rafiq Sədrəddinovin əziz xatirəsi daim ürəklərdə yaşayacaq”.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər