• cümə, 19 Aprel, 12:46
  • Baku Bakı 25°C

Erməni snayperləri Azərbaycan vətəndaşını vurdular

04.09.13 19:11 1205
Erməni snayperləri Azərbaycan vətəndaşını vurdular
Azərbaycan vətəndaşı erməni snayperlərin atəşinə tuş gəlib. Trend-in bölgə müxbirinin məlumatına görə, Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Əlibəyli kəndində kənd sakini 1985-ci il təvəllüdlü Musayev Adil Vəkil oğlu kənd küçəsi ilə hərəkət edərkən Ermənistan silahlı qüvvələrinin snayperləri tərəfindən vurulub.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkim-travmatoloqu Arif Səmədovun verdiyi məlumata görə, güllə zərərçəkmişin qabaq çiyin nahiyəsindən dəyərək kürəyindən çıxıb, yaralı qan itirib. Hazırda zərərçəkmişin vəziyyəti ağır olaraq qalır.
Hadisə bu gün saat 17:00 radələrində baş verib. Qeyd edək ki, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində bu gün günorta saatlarından başlayan atışma hələ də davam edir. Hələ ki bu barədə rəsmi məlumat verilməyib.
banner

Oxşar Xəbərlər