Bakıda növbəti avtobus qəzası: yaralılar var
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül yolunda qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən avtobus idarəetməni itirərək beton divara çırpılıb.
Bakı Şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 2 nəfər şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.
Bakı Şəhər Təcili Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 2 nəfər şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.