• cümə, 19 Aprel, 11:00
  • Baku Bakı 13°C

Sabahın hava proqnozu açıqlandı

23.09.13 11:21 1132
Sabahın hava proqnozu açıqlandı
Sentyabrın 23-dən 24-nə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti müşahidə olunacaq.
banner

Oxşar Xəbərlər