• şənbə, 20 Aprel, 02:48
  • Baku Bakı 15°C

Sabah üçün hava proqnozu

21.09.13 12:07 1255
Sabah üçün hava proqnozu
Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər