• cümə axşamı, 28 mart, 13:59
  • Baku Bakı 16°C

Bakıda metro qatarı 20 dəqiqə tuneldə qalıb

18.09.13 18:25 1403
Bakıda metro qatarı 20 dəqiqə tuneldə qalıb
Səhər və axşam saatlarında Bakı metropolitenindən istifadə edənlərin sayı çox olur. Odur ki, qatarların gecikməsi əlavə problemlər yaradır.
Sentyabrın 18-də də də bu nəqliyyat vasitəsində problem yaşanıb. Lent.az-ın məlumatına görə, bu gün axşam saatlarında Bakı Metropoliteninin “28 May” və “Nizami” stansiyaları arasında qatar təxminən 15-20 dəqiqə tuneldə qalıb. Hadisə sərnişinlərin sıx olan vaxtı baş verdiyi üçün yüzlərlə sərnişin havasız yerdə qalıb.
Qatar bütün stansiyaların hər birinə gec çatıb. Bu da daha çox sərnişin sıxlığına səbəb olub.
banner

Oxşar Xəbərlər