• cümə axşamı, 25 aprel, 04:07
  • Baku Bakı 19°C

Azərbaycana qar yağdı

07.10.13 08:55 1152
Azərbaycana qar yağdı
APA-nın yerli bürosunun məlumatına görə, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində fasilələrlə yağış yağır, havanın temperaturu gündüz saatlarında 10-8, gecə saatlarında isə 2 dərəcə təşkil edir. Yüksək dağlıq ərazilərdə isə temperatur 0 dərəcədən aşağı düşüb. Örtən gecə isə şimal-qərb bölgəsinə qar yağıb. Qax rayonunun ucqar dağ kəndi olan Sarıbaş kəndinə 4-5 santimetr qalınlığında qar düşüb.
banner

Oxşar Xəbərlər