• şənbə, 20 Aprel, 09:24
  • Baku Bakı 14°C

Sabah qar yağacağı gözlənilir

15.11.13 11:17 1566
Sabah qar yağacağı gözlənilir
Bakı və Abşeron yarımadasında noyabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, gündüz külək mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 16-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə instensivləşəcək. Dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Aran rayonlarında gecə 5-10, gündüz 11-16 dərəcə, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər