• cümə, 26 Aprel, 09:29
  • Baku Bakı 12°C

Meteohəssas insanlara xəbərdarlıq var

18.11.13 10:32 1076
Meteohəssas insanlara xəbərdarlıq var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, hazırda yüksək atmosfer təzyiqinin təsiri altındayıq. Sabah ölkə ərazisində gün ərzində arabir güclənən şimal küləyi əsəcək. Bunun nəticəsində atmosfer təzyiqinin bir qədər də yüksəlməsi müşahidə ediləcək. Ümumilikdə isə yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında atmosfer təzyiqinin zəif tərəddüdü meteohəsas insanlarda diskomfort hissi yarada bilər.
G. Məmmədova bildirib ki, yaxın 2 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraiti nisbətən mülayimləşəcək. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Sabah arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu yaxın 2 gün ərzində 12-15 dərəcə isti olacaq.
Sabah bölgələrdə də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 12-17, dağlarda isə 5-10 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər