• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

Sabah üçün hava proqnozu açıqlandı

25.11.13 11:38 1438
Sabah üçün hava proqnozu açıqlandı
Bakı və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 26-27-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər