• cümə, 19 Aprel, 03:24
  • Baku Bakı 18°C

Suriyada növbəti azərbaycanlı öldürüldü

08.01.14 12:51 1321
Suriyada növbəti azərbaycanlı öldürüldü
APA-nın xəbərinə görə, bu barədə məlumatı türk mücahidlərinə məxsus saytlar yayıb.
Məlumata görə, həlak olan mücahid Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvüdür. Mücahidlər onun meyitinin fotosunu sosial şəbəkələrdə yaysalar da, adını açıqlamayıb, sadəcə azəri şəhid olduğunu qeyd ediblər.
Qeyd edək ki, son bir həftədə Suriyada daha üç azərbaycanlı mücahid öldürülüb. Onlar “İraq-Şam İslam Dövləti” qruplaşması və “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov, “Azəri Seyfullah” ləqəbli Soltan və “Primorskiy Muhammed” ləqəbli Azərbaycan vətəndaşlarıdır.
banner

Oxşar Xəbərlər