• cümə, 19 Aprel, 11:40
  • Baku Bakı 13°C

Sabahın hava proqnozu açıqlanıb

08.01.14 10:17 1840
Sabahın hava proqnozu açıqlanıb
Bakı və Abşeron yarımadasında yanvarın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər