• cümə, 19 Aprel, 12:36
  • Baku Bakı 25°C

Hava şəraiti ilə bağlı Xəbərdarlıq

27.01.14 10:45 1279
Hava şəraiti ilə bağlı Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakı və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
banner

Oxşar Xəbərlər