• şənbə, 20 Aprel, 04:47
  • Baku Bakı 15°C

Yanukoviç beynəlxalq axtarışa verildi

26.02.14 19:18 937
Yanukoviç beynəlxalq axtarışa verildi
Ukrayna Ali Radasının prezident vəzifəsindən məhrum etdiyi Viktor Yanukoviç beynəlxalq axtarışa verilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu baş prokuror səlahiyyətlərini icra edən Oleq Maxnitski deyib.
O, qeyd edib ki, bu məsələ ilə bağlı ayrıca operativ-istintaq qrupu məşğul olur. Hazırda V.Yanukoviçin harada olduğu məlum deyil.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə isə, Ukraynada çıxan «Qlavkom» və «Qordon» qəzetləri Yanukoviçin Ukrayna ərazisindən uğurla çıxması haqda xəbər yayıb. Keçmiş prezident və kiçik oğlu dəniz yolu ilə ölkəni tərk edib. Böyük oğlu isə maşınla Donetskdən Rusiyaya keçib. Ailə Rusiya torpaqlarında birləşib.
«Qordon» güc qurumlarındakı yüksək rütbəlilərə istinadən bildirib ki, Rusiya Yanukoviçi ölkə ərazisində uzun müddət saxlamağı planlaşdırmır. Onların oradan Asiya dövlətlərindən birinə, İndoneziyaya uçacaqları ehtimal olunur. Yanukoviçlər üçün bu ölkədə «baza qurulduğu» bildirilib.
Rəsmi mənbələrdə bu haqda xəbər yoxdur.
banner

Oxşar Xəbərlər