• şənbə, 20 Aprel, 15:56
  • Baku Bakı 23°C

Havadan xəbər var - Proqnoz

13.03.14 10:49 923
Havadan xəbər var - Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Günün ikinci yarısında hava dəyişkən buludlu olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində günün ikinci yarısında yağıntı tədricən kəsiləcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti gözlənilir.
Yaxın iki gündə Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.
banner

Oxşar Xəbərlər