• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

Sabahın hava proqnozu açıqlanıb

28.03.14 10:52 994
Sabahın hava proqnozu açıqlanıb
Martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşam havanın tutqun olacağı ehtimalı var.
Cənub küləyi arabir güclənəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da martın 29-da axşam şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər